Fransada İsrail əleyhdarı nümayişçilərə həbs

Sarcellesdə təşkil edilən nümayişdə baş verən hadisələrdə saxlanılan 4 nəfər hakim qarşısına çıxarılıb.
 
Maide.-azın məlumatına görə, yaşları 21- 28 arasında dəyişən aksiyaçılardan üçü 4 ayı həbsxanada olmaqla 10 ay şərti həbs cəzası alıblar. Digəri isə 3 ayı həbsxanada yatmaqla 6 aylıq həbs cəzası alıb. 
 
Məhkəmə aksiyaçılara "təhlükəsizlik əməkdaşlarına etiraz etmək və qadağan olunmuş silah daşımaq" ittihamı irəli sürüb.
 
Yaşları kiçik olduğu üçün 2 aksiya iştirakçısı isə nəzarət altında olmaq şərti ilə sərbəst buraxılıblar və sentyabr ayında məhkəməyə gönndərilməsinə qərar verilib.

Google+ WhatsApp ok.ru