Fransada yaşayan hər on müsəlmandan dördü irqi və ya dini ayrıseçkiliyə məruz qalıb

Fransada yaşayan hər on müsəlmandan dördü irqi və ya dini ayrıseçkiliyə məruz qalıb

 
Fransa İctimai Fikir İnstitutu ölkədəki müsəlmanlarla bağlı bir sorğu yayımlayıb.
 
Maide.Az "islam.ru"a istinadla xəbər verir ki, Fransada yaşayan on müsəlmandan dördü ən azı bir dəfə irqi və ya dini ayrıseçkiliyə məruz qalmışdır.
 
Ayrı-seçkilik barədə məlumat verən 42% -dən 28% -i polis nəzarəti zamanı, 24% -i iş yerində və 22% -i mənzildə axtarış zamanı ayrıseçkiliklə qarşılaşmışdır. Bu zaman ən çox ayrıseçkiliyə məruz qalanlar qadınlardır.
 
Ətrafdakıların qərəzli münasibəti ilə üzləşən 60% hicablı qadınların 37%-i birbaşa təhqirlərə məruz qaldıqlarını söyləyiblər.

Google+ WhatsApp ok.ru