Fransada yanğın: 5 ölü, 8 yaralı

Fransada yanğın: 5 ölü, 8 yaralı

Fransanın Müluz şəhərində yaşayış binasında baş verən yanğın faciə ilə nəticələnib.
 
Yanğın bələdiyyəyə məxsus yaşayış binasında gecə yarısı baş verib. Hadisə yerinə 50 yanğınsöndürən cəlb olunub, onların səyi nəticəsində yanğını söndürmək mümkün olub.
 
Hadisə nəticəsində beş nəfər ölüb, səkkiz nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Xəsarət alanlarından beşinin vəziyyəti ağırdır.
 
Yanğının başvermə səbəbi araşdırılır.(apa) /

Google+ WhatsApp ok.ru