Fransa hökuməti Leyla Yunusun işini izləyir

“Fransa hökuməti həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun işini diqqətlə izləyir”.
 
Fransanın Azərbaycandakı səfiri Aureliya Buşe bunu Turan-ın “Fransa L.Yunusun taleyini Azərbaycan hökuməti ilə müzakirə edirmi” sualının cavabında deyib.
 
Səfir qeyd edib ki, söz azadlığı və insan hüquqları Fransa üçün çox önəmlidir.
 
L.Yunusa gəlincə, Fransa prezidenti Fransua Olland Bakıya səfəri zamanı onunla görüşüb.
 
Parisdə onun həyat yoldaşı Arif Yunusun həbsdən buraxılmasından razı qalıblar və L.Yunusla bağlı vəziyyəti izləməyə davam edirlər.
 
xatırladaq ki, Leyla və Arif Yunuslar ötən ilin yayında həbs olunublar. Bu ilin avqustunda onlar 8,5 və 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Yunuslar cütlüyü iqtisadi cinayətlərdə ittiham olunurlar.
 
Ötən həftə Apelyasiya Məhkəməsi ölkədən çıxmamaq barədə iltizamla A.Yunusu həbsdən azad edib. /

Google+ WhatsApp ok.ru