Fransa informasiya agentliyi: ‘ABŞ İraqda 122 nöqtəni hədəfə alıb’

Fransa informasiya agentliyi: ‘ABŞ İraqda 122 nöqtəni hədəfə alıb’

Fransanın informasiya agentliyi İraq və Qərb mənbələrinə istinad edərək, ABŞ-ın İraqdakı 122 hədəfə hücumu layihələşdirdiyini və modelləşdirdiyini, bu planın, ABŞ əsgərlərinə qarşı hücumların və onların öldürülməsinin artacağı təqdirdə həyata keçiriləcəyini bildirib.
 
Maide.Az "Deyerler.org"-a istinadən verdiyi xəbərə görə, ABŞ bu layihəni, İraqdakı Taci bazasına edilən müntəzəm raket hücumlarından sonra planlaşdırmağa başladı.
 
Bu müddət ərzində iki ABŞ və bir ingilis əsgəri öldürülüb. Bu iddialara toxunan Fransa İA, bu hücumların dayandırılmadığı təqdirdə, nəticələrinin daha geniş yayılacağını bildirib. Bu hesabata görə, İraqdakı İŞİD-ə qarşı koalisiya qüvvələrinin komandiri general Pit Uayt, ABŞ Mərkəzi Komandanlığına göndərdiyi məktubda, hərbi koalisiyanı təhdid edən təhlükə ilə əlaqədar narahatlıqlarını bildirib.
 
Fransa İA, koalisiyaya üzv iki ölkənin diplomatlarına istinad edərək, qeyri-amerikalı koalisiya üzvlərinin ABŞ hücumlarının mülki insan itkisinə səbəb olacağından narahat olduğunu və Bağdad hökumətinin xarici qoşunların İraqdan çıxarılması məsələsi ilə məşğul olacağını yazıb. Bununla əlaqədar üç Qərb diplomatı, ABŞ layihəsinin Vaşinqtonun koronavirusla mübarizəsinə görə təxirə salındığını, lakin ABŞ ordusuna edilən hücumlar təkrar olunsa və itki verərsə, bütün bu planların yenidən gündəmə gətiriləcəyini bildirib. İA agentliyi ABŞ-ın İraqdakı Taci bazasına son raket hücumundan sonra, bu planı inkişaf etdirməyə başladığını, burada iki ABŞ və bir ingilis əsgərinin öldürüldüyünü bildirib.
 

 

Google+ WhatsApp ok.ru