Fransa insan qaçaqçılarının gəmilərinin məhv edilməsini istəyib

Maide.az-ın məlumatına görə, Avropa ölkələri başçılarının fövqəladə toplantısında iştirak etmək üçün dünən Brüsselə getmiş Fransa prezidenti Fransua Olland insan qaçaqçılarının gəmilərinin məhv edilməsi barədə icazənin alınması üçün BMT-yə layihənin təqdim edilməsini zəruri adlandırıb. O, qeyd edib ki, Fransa digər ölkələr, o cümlədən İngiltərə ilə yanaşı bu təklifin BMT-yə təqdimatı üçün hərəkətə keçəcək. İnsan qaçaqçılarının fəaliyyətlərinin kökünü Liviyadakı səbatsızlıqda görən Olland qeyd edib ki, 2011-ci il hərbi müdaxiləsinin təkrarlanması məsələsi qaldırılmayıb, amma elə etmək lazımdır ki, insan qaçaqçıları bir qrup insanı ölümə sürükləyə bilməsinlər. 
 
Fransa prezidenti vurğulayıb ki, bu barədə Təhlükəsizlik Şurasının digər daimi üzvü kimi Rusiyanın prezidenti Vladimir Putinlə danışacaq.
 
Olland qeyd edib ki, insan qaçaqçılarının gəmilərinin əsas yolu olan Aralıq dənizini qorumaq üçün bu ölkənin iki patrul və yardımçı gəmisi, həmçinin kəşfiyyat təyyarələri meydana girəcək. 
 
Bu iclas Aralıq dənizində 800 qanunsuz mühacirin boğulmasının ardınca keçirilib.

Google+ WhatsApp ok.ru