Fransanın Lion şəhər məscidində yanğın - VİDEO 14 Avqust 2020 13:45 Dünya Fransanın Lion şəhərindəki Əl-Salam məscidində baş verən yanğının ardından Fransa polisi günahkarların müəyyən edilməsi üçün istintaq başlatdı. Maide.Az “nytimes“a istinadla xəbər verir ki, Fransanın Lion şəhərində Əl-Salaam məscidindəki yanğın, son bir həftə ərzində bu ölkədəki məscidlərində baş verən ikinci ikinci yanğındır. Bundan əvvəl Lionun yaxınlığında yerləşən Braun şəhərində də məscid naməlum şəxslər tərəfindən yandırılmışdı. Məlumata görə, ölkədəki müsəlmanları narahat edən hər iki hadisə ilə əlaqədar istintaq başladılıb. Müsəlmanlar Fransa hökumətindən ölkə məscidlərini qorumağa çağırıb. Fransanın daxili işlər naziri Gerald Darmanin ötən gecə verdiyi açıqlamda müsəlmanlara qarşı atılan bu addımı pisləyib və bildirib ki, bu kimi hərəkətlər cahil və alçaq hərəkətlərdir. Lionun meri Pierre Oliver də məscdin yandırılmasını cinayət olduğunu və hadisə zamanı heç bir xəsarət alanine olmadığını bildirib. Teqlər : #Fransanın,#Lion,#şəhər,#məscidində,#yanğın,#VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məscidül-Əqsa imamı İsrail-BƏƏ razılaşmasına münasibət bildirdi ARSPH: Myanma hökuməti öldürülən müsəlmanların sayını az göstərib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO