Fransa prezidenti Paris məscidində qardaşlıq çayı içdi

 
Fransa Prezidenti Fransua Olland bu gün Parisin böyük məscidinə baxış keçirib və müsəlmanlarla görüşüb, onlarla bərabər qardaşlıq çayı içib.  
Maide.az xəbər verir ki, ötən gün və bu gün Fransada müsəlmanlar bütün məscidlərin qapısını açıb və digər din mənsublarını məscidə dəvət edibllər.  “Bir fincan qardaşlıq çayı” adı ilə keçirilən bu layihə çərivəsində  Fransa Prezidenti Fransua Oland da Paris məscidinə baş çəkib. Öncədən planlaşdırılmayan bu görüşdə prezident F.Olan məscddəki müsəlmanlarla  səmimi danışıqlar aparıb. 
  “Bir fincan qardaşlıq çayı” adı ilə keçirilən bu layihəni Fransa Müsəlmanlar Şurası keçirir. Layihənin icrasından məqsəd milli birlik yaratmaq və İslam dini haqqında maarifləndirmədir. 
Qeyd edək ki, bu gün Fransanın daxili işlər naziri  də ölkənin San Evin Lomon məscidinə baş çəkib. /
 

Google+ WhatsApp ok.ru