Fransa senatı Fələstin qanununu qəbul etdi

Fransa senatı Fələstinin dövlət olaraq tanınmasını hökumətdən tələb edən qanun layihəsini 153 "bəli" səsi ilə qəbul etdi. 
 
Maide.az xəbər verir ki, Baş Məclisdə bu səhər keçirilən müzakirədən sonra təşkil edilən səsvermədə, 153 ‘'bəli'' 146  ‘'xeyr'' səsi çıxıb.
 
Müzakirələrdə hökumət adından danışan Avropa İşləri naziri Harlem Desir layihəyə qarşı çıxmayıb, ancaq hökumətin Fələstinin müstəqilliyini tanıyacağı zaman mövzusunda dəqiq təqvim verməkdən çəkinib.
 
Sülh danışıqlarının vaxt itirmədən başladılmasını istədiklərini deyən Desir, Fransanın sülh daxilində yaşayacaq iki dövlətli həll tərəfdarı olduğunu söyləyib.
 
Qeyd edək ki, bu günə qədər 193 ölkədən 135-i Fələstini dövlət olaraq tanıyıb.

Google+ WhatsApp ok.ru