Fransız nazirdən müsəlman qadınlara kölə bənzətməsi

Fransada Qadın Hüquqları Üzrə nazir Laurence Rossignolün hicab taxmağa üstünlük verən qadınları keçmişdə Amerikada quldarlığı dəstəkləyən zəncilərə bənzətməsi böyük etiraza səbəb olub.
 
Maide.az xəbər verir ki, iştirak etdiyi televiziya proqramında dünyaca məşhur markaların bu il ilk dəfə hicab kolleksiyalarını nümayiş etdirməsini tənqid edən fransız nazir, "Məni ən çox təsir edən, bu markaların yeni geyimlərini təqdim edərkən, bunları məsum şəkildə təqdim etməsidir. Paltar və yaşamaq formaları arasında bir əlaqə vardır. Bunları şüurlu şəkildə təqdim edərək, qadın bədəni üzərində nəzarət yaratmağa çalışırlar. Qadın vücudunun örtülməyə çalışılması məni şoka çalır", - deyib.
 
Qadınların təzyiq nəticəsində hicab geyiminə yönəldiyini iddia edən Rossignole proqram aparıcısının, bəzi qadınların bu geyimləri geyinməyi sərbəst seçdiklərini xatırlatmasından sonra, "Bəli, əlbəttə, bəzi qadınlar seçir, Amerika zəncilərdən də köləlik tərəfdarı olanlar var idi" söyləyib. 
 
Qadın haqlarından məsul nazirin hicablı qadınları zənci kölələrə oxşatması qısa müddətdə sosial mediada minlərlə insan tərəfindən tənqid yağışına tutulub.

Google+ WhatsApp ok.ru