Fələstin xarici işlər nazirindən Aİ-yə Fələstini tanımaq çağırışı

Fələstin xarici işlər nazirindən Aİ-yə Fələstini tanımaq çağırışı

Fələstin xarici işlər naziri Riyad əl-Maliki Fələstini tanımayan Avropa İttifaqı (Aİ) ölkələrini ölkəsini tanımağa dəvət edib.

Misirin paytaxtı Qahirədə keçirilən ərəb və Avropa ölkələri xarici işlər nazirlərinin görüşü ərəfəsində çıxış edən Maliki Fələstin ilə Aİ ölkələri arasında tam tərəfdaşlıq sazişinin təmin edilməsi üçün rəsmi danışıqların başlanmasının sürətləndirilməsi barədə üzv ölkələri səy göstərməyə dəvət edib.

İsrailin humanitar qanunları və beynəlxalq cəmiyyətin iradəsini pozmasına səssiz qalınmayacaq nöqtəyə gəldiyini qeyd edən Maliki Fransanın sülh konfransı keçirməsinə qarşı təşəbbüsünü beynəlxalq aləmdə razılıqla qarşılandığı bir vaxtda İsrailin bunu rədd edərək yenə də mənfi bir mövqe nümayiş etdirdiyini dilə gətirib.

Avropa Parlamenti Fələstin dövlətini yalnız "prinsipcə" tanımaqla kifayətlənir. 

Google+ WhatsApp ok.ru