Fələstində qurbanların sayı 18-ə yüksəldi

Fələstində qurbanların sayı 18-ə yüksəldi

-- 29 yaşlı Faris ər-Rakab həyatını itirib.

Böyük Qayıdış Yürüşü əsnasında  yaralanan gəncin həyatını itirməsi ilə  Qəzza ilə sərhəddə İsrail hərbçiləri tərəfindən öldürülənlərin sayı 18-ə yüksəldi.
 
Maide.Az "faktxeber"-ə isitnadən xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin sözcüsü Əşrəf Əl Kudra yazılı açıqlamasında bildirir ki, ötən cümə həyata keçirilən etiraz aksiyasında qarnından yaralanan 29 yaşlı  Faris ər-Rakab həyatını itirib.
Bununla da cümə günündən bəri həlak olanların sayı 18-ə yüksəldi.
 
Qeyd edək ki, tarixi Fələstin torpaqlarındakı  İsrail işğalına qarşı müqavimətin  simvolu  halına gələn  Torpaq Gününün 42-ci ilində «Böyük Qayıdış Yürüşü» üçün Qəzzadakı sərhədə doğru hərəkətə keçilib. Fələstinin bayrağını daşıyan çox sayda insan 1948-ci ildə  torpaqlarından məcburi köçürülən fələstinlilərin  qayıtma haqqını müdafiə etmək və İsrailə etiraz üçün Qəzzanın Xan Yunus  şəhərinin şərqindəki İsrail sərhəddinə axın edib.
 
İşğalçı İsrail ejimi Fələstinin müxtəlif bölgələrinə 100 snayper  yerləşdirdiyini açıqlamışdı. İsrailin  müdafiə naziri Aviqdor Liberman da  nümayişə qatılacaq fələstinlilərin can güvənliyinin olmayacağını açıqlayaraq qətliam siqnalını vermişdi.
 
Beləliklə, dinc aksiya keçirən aksiyaçılara qarşı qaz bombalardan və həqiqi güllələrdən istifadə olunub. Sosial şəbəkələrdə yayılan videoların birində hətta namaz qılan insanlara da atəş açıldığı görünür.
 
Nəticədə 20-yə yaxın dinc sakin həlak olub və 500-dən artıq insan da yaralanıb.
 
Fələstinlilər etiraz aksiyalarına 6 həftə davam edirmək istəyirlər.

Google+ WhatsApp ok.ru