Fələstinli gənc tək ayağı ilə Everesti fəth etdi

Fələstinli gənc tək ayağı ilə Everesti fəth etdi

-- “Məktəbim bağlanmasın deyə buradayam”

22 yaşlı fələstinli gənc Yarah Əl-Havamdeh məktəbi üçün keçirdiyi yardım kampaniyasına diqqət çəkmək məqsədilə Everest zirvəsinə çıxıb.
 
Maide.Az “Parstoday”a istinadən xəbər verir ki, İordaniyada qaçqın sığınacağında yaşayan Əl-Havamdeh Everestə dırmanışa aprelin 3-də start verib, 17 min 500 addım atdıqdan sonra 14 apreldə zirvəyə çatıb.
 
Əlində “Məktəbim bağlanmasın deyə buradayam” plakatını tutan gənc fələstinli bunları bildirib:
 
“Mesajımı çatdırmaq üçün dünyanın ən alçaq yerindən ən yüksək yerinə gəldim. 10 ildir oxuduğum məktəbə dəstək vermək, dünyada heç bir şeyin mümkünsüz olmadığını sübut etmək üçün buradayam”.
 
Qeyd edək ki, Əl-Havamdehin oxuduğu BMT Yaxın Şərq Fələstin Qaçqınlarına Yardım Agentliyinə (UNRWA) aid məktəb bağlanma təhlükəsi ilə üz-üzədir.
 
Xatırladaq ki, Fələstinin işğal olunmuş ərazisində 45-dən çox məktəb  işğalçı sionist rejim tərəfindən sökülmək təhlükəsi ilə üzləşib. Bunu BMT-nin Fələstinin işğal olunmuş ərazisində Humanitar Məsələlər üzrə Əlaqələndirmə Ofisinin rəhbəri Roberto Valent  açıqladığı bəyanatda demişdi.  
 
İşğalçı rejim  Fələstinlilərə məxsus məktəblərin dağıdılmasına bəhanə tikinti üçün icazəsinin olmaması göstərir.  Fələstinin işğal olunmuş ərazisində  məktəb tikintisi üçün sionistlərdən  icazə almaq demək olar ki, mümkünsüzdür. 
 
 

 

Google+ WhatsApp ok.ru