Fələstinli gənclər etiraz aksiyası keçirdi

Fələstinli gənclər etiraz aksiyası keçirdi

İşğalçı rejim əsgərləri etirazçı fələstinliləri gözyaşardıcı qaz və rezin güllələrlə vurdu

İsrail əsgərləri, işğal altında olan Qərbi Şəriyədə  yəhudi yaşayış məntəqələri və Ayrılıq divarının tikintisinə etiraz edən Fələstinlilərin  aksiyasına müdaxilə edib.
 
Maide.Az “AA”-a istinadən xəbər verir ki, işğalçı rejim  əsgərləri etirazçı fələstinlilərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. 
 
Sionist rejimin  etirazçılara hücumu zamanı  onlarla insanın gözyaşardıcı qazdan boğulma təhlükəsi ilə üzləşdiyi bildirilir.
 
 Fələstinli gənclər işğalçı rejim əsgərlərinə daş ataraq cavab veriblər.

Google+ WhatsApp ok.ru