G-7 Liderlər Sammitinə Almaniyada etiraz olunub

Garmisch-Partenkirchendəki Elmau Sarayında 7-8 iyunda keçiriləcək G-7 Liderlər Zirvəsinə Münhendə etiraz edilib.
 
Maide.az xəbər verir ki, Münhen polisinin verdiyi açıqlamaya görə, təqribən 34 min nəfər "G-7 İqtisadi Zirvəsi: Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı Razılaşması (TTIP) dayandırılmalı, iqlim xilas edilməli, yoxsulluqla mübarizə aparılmalıdır" başlığı altında toplaşıb, həftə sonu keçiriləcək zirvəyə şəhər mərkəzində etiraz olunub.
 
Aksiyanın təşkilatçısı Oxfam, Bavariya Əyaləti Yaşıllar Partiyası və "Aufgemuckt" qeyri-hökumət tə.kilatıdır. 
 
Təxminən 3 min polisin vəzifə aldığı bildirilən aksiyaya Federal Məclis sədrinin vəkili Claudia Roth, Yaşıllar Partiyasının deputatı Jürgen Trittin və Sol Partiyadan olan Klaus Ernst də qatılıb.

Google+ WhatsApp ok.ru