Gəncə gölündə möcüzə - VİDEO

7 hektar ərazidə yaradılmış əfsanəvi "Gəncə gölü” 4000 yaşlı qədim Gəncənin tarixinə qızıl hərflərlə həkk olunub.
 
Şeyx Nizami yurdunun bəzəyinə çevrilən Heydər Əliyev Park-Kompleksində yaradılmış süni göldə üzən balıqlar gölə daha da yaraşıq verir. 4 ay bundan əvvəl gölə müxtəlif növ balıqlar buraxılıb. Artıq balıqlar böyüyüb və gəzintiyə gələnlər tərəfindən maraqla izlənilir. Gölə salınmış balıqlardan Koi, böyük bir akvarium balığıdır. İlk Yaponiyada evcilləşdirilən koinin yabanı atası Karpdır. Koi-Karp balıqları nəslindəndir, lakin onun kimi yaşıl deyil. Əksinə al-əlvan qırmızı, ağ, qara və ya gümüşü olurlar.

Google+ WhatsApp ok.ru