Gəncə-Şəmkir yolunda baş verən ağır qəzada ölən və yaralananların kimlikləri məlum olub

Gəncə-Şəmkir avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin və xəsarət alanların şəxsiyyətləri açıqlanıb.
 
Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Mahir Hüseynağa oğlu Cəfərovun idarə etdiyi “Mercedes” markalı avtomobilin aşması nəticəsində avtomobildə olan sərnişinlər, Tovuz rayon Bayramlı kənd sakini, 1936-cı il təvəllüdlü Ofeliya Cəbrayıl qızı Məmmədova və 1982-ci il təvəllüdlü, Balacayev Elşad Məhəmməd oğlu hadisə yerində dünyasını dəyişib.
 
Sürücü M. Cəfərov və digər sərnişin - Tovuz rayon sakini, 1967-ci il təvəllüdlü Zabitə Səbuhi qızı Quliyeva ağır bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
 
Qeyd edək ki, yanvarın 29-da saat 22 radələrində yolun Göygöl rayonu ərazisindən keçən hissəsində  qeydə alınıb. Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Mahir Hüseynağa oğlu Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib.
Maşın yolun kənarında olan ağaca dəyərək aşıb.
 
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Google+ WhatsApp ok.ru