Gəncə sakini xəstəxanada ölüb

Gəncə sakini xəstəxanada dünyasını dəyişib.
 
Gəncə Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə şəhər ərazisində yerləşən “DNK” tibb müəssisəsində qeydə alınıb.
 
Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Minarə Əliyeva öd kisəsindən əməliyyat olunub. M.Əliyeva əməliyyatdan sonra dünyası dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru