Gənc fəal Cabbar Savalan sərbəst buraxılıb -Yenilənib

Sentyabrın 20-də saxlanan AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalan buraxılıb. 

Bu haqda Cabbar Savalan özü məlumat yayıb. Bildirib ki, sentyabrın 21-də onu dindirməyə çağırıblar. 
Cabbar Savalan AXCP Sumqayıt şöbəsinin sentyabrın 20-də keçirilən konfransında saxlanmışdı. Yerli polis konfransı dağıdandan sonra gənc fəalı saxlamışdı. 

FƏAL SAXLANMIŞDI

Sentyabrın 20-də AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalan saxlanıb. 
Gənc fəalın harda və nə üçün saxlandığı məlum deyil. 
AXCP fəallarının yaydığı məlumata görə, Cababr Savalan AXCP Sumqayıt şöbəsinin sentyabrın 20-də keçirilən konfransı saxlanıb. Yerli polis konfransı dağıdandan sonra Cabbar Savalanı tutub. 
Gənc fəalın harda və nə üçün saxlandığı məlum deyil. 

Sumqayıt şəhər polis idarəsindən AzadlıqRadiosuna onlarda Jabbar Savalanın saxlanması ilə bağlı məlumat olmadığını bildiriblər. 

Cabbar Savalan 2011-ci il fevralın 5-də qanunsuz narkotik maddə saxlama maddəsi ilə həbs olunmuşdu. Elə həmin ilin dekabrında prezidentin əfv fərmanı ilə azad edilmişdi. 

****
 
Bu gün günorta saatlarında AXCP gənclər komitəsinin üzvü Cabbar Savalanlı hələlik bilinməyən səbəblərə görə polis tərəfindən saxlanılıb.
 
Musavat.com xəbər verir ki, bu barədə onun dostları "facebook" sosial şəbəkəsində məlumat veriblər.
 
C.Savalanlının harada saxlanıldığı ilə bağlı hələlik heç bir məlumat yoxdur. /
 

Google+ WhatsApp ok.ru