Terrorda ittiham olunan azərbaycanlı idmançı Ukraynada tutuldu 21 Sentyabr 2015 01:00 Xəbərlər Ukrayna sərhədçiləri terrora görə İnterpol xətti ilə axtarışda olan azərbaycanlını Kiyev aeroportunda saxlayıblar. RİA "Novosti"nin verdiyi xəbər görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb. "İnterpol xətti ilə axtarışda olanların tutulması məqsədilə "Borispol" aeroportunda həyata keçirilən tədbirlər zamanı sərhədçilər "Kiyev" nəzarət-buraxılış məntqəsində Azərbaycan vətəndaşını saxlayıblar. O, "terror" cinayətinə görə beynəlxalq axtarışda olub", - deyə məlumatda bildirilir. Məlumatda qeyd olunur ki, saxlanılan şəxs əlbəyaxa döyüş üzrə beynəlxalq turnirlərin bir neçə dəfə qalibi olub. O, Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil verilib.apa / Teqlər : #Terrorda ittiham olunan azərbaycanlı idmançı Ukraynada tutuldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gənc fəal Cabbar Savalan sərbəst buraxılıb -Yenilənib Yunanıstan Milli Məclisində 4 türk deputat