Gəncədəki təcridxanada ölüm hadisəsi baş verib

Gəncə şəhərindəki 2 saylı İstintaq Təcridxanasında ölüm hadisəsi baş verib.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, təcridxanada saxlanılan Tərtər rayon sakini, 1977-ci il təvəllüdlü Niyaməddin Novruzov qəflətən dünyasını dəyişib. Meyit müayinə edilərkən üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb və məhbusun öz əcəli ilə öldüyü məlum olub.

Google+ WhatsApp ok.ru