Gənc xanım Səhiyyə Nazirliyinin qarşısında üsyan etdi-VİDEO

Gənc xanım Səhiyyə Nazirliyinin qarşısında üsyan etdi-VİDEO

Uzun müddət nazirliyin səlahiyyətli şəxsləri ilə görüş tələb edən gənc ananın üzünə qapılar bağlanıb.
 
Maide.Az 24saat.org-a istinadən xəbər verir ki, dünən (20.09.2016) Səhiyyə Nazirliyinin qarşısında qaraciyər serrozundan əziyyət çəkən və 5 ildir dövlətin biganəliyi üzündən müalicə ala bilməyən 26 yaşlı Həmzəyeva Nahidə təkbaşına aksiya keçirib. Uzun müddət nazirliyin səlahiyyətli şəxsləri ilə görüş tələb edən gənc ananın üzünə qapılar bağlanıb. Lakin yaşamaq uğrunda Səhiyyə Nazirliyi ilə savaşan N. Həmzəyeva anidən nazirliyin həyətinə daxil ola bilib. Lakin onun binaya daxil olmasının qarşısı təhlükəsizlik xidmətinin əməkdaşı tərəfindən kobudluqla alınıb.
 
Baş verən hadisələr anbaan lentə alınıb. Heç bir əlavə şərh olmadan yaşanan həyat dramını və yetkili qurumun biganəliyini təqdim edirik:
 

Google+ WhatsApp ok.ru