Gənclik iş axtarır

Gənclik iş axtarır

“Exo” qəzetində “Azərbaycan gəncləri daxilində işsizlik: rəsmi və real olan rəqəmlər” sərlövhəli məqalə diqqət çəkir.
 
Müəllif yazır ki, gənclər, xüsusilə də universitetləri yenicə bitirmiş məzunlar ciddi işsizlik problemi ilə üz-üzə qalır.
 
Yazıda bildirilir ki, bu sahədə rəsmi məlumatlarla, real mənzərə heç də üst-üstə düşmür.
 
Yazıda əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümova istinadən qeyd edilir ki, ölkədə işsizliyin ümumi səviyyəsi 5 faiz təşkil edir. Gənclər arasında isə bu rəqəm 9 faiz-ə bərabərdir.
 
Ancaq ekspertlər nazirin göstərdiyi bu rəqəmlərlə razılaşmırlar. Onlar xüsusilə də gənclərlə bağlı rəqəmin həqiqət olmadığını düşünür:
“Bu gün, Azərbaycanda gənclər arasında işsizlik 9 faiz deyil. Bundan dəfələrlə çoxdur. Odur ki hökumətin “Məşğulluq Strategiyası” hazırlaması zəruridir. Bu sənəddə əmək bazarı bütünlüklə öyrənilməlidir. Gənclərin işə düzəlməsindəki problemlərin səbəbləri, əmək bazarında hansı peşəyə ehtiyac olması araşdırılmalıdır”.
 
Ekspertlər deyib ki, rayon sakinlərin bir çoxu işsizdir. Onlar torpaq sahələri olduğuna görə, avtomatik məşğul kimi sayılır:
“Hesab edirik ki, nazirə informasiyanı Dövlət Statistika Komitəsi verir. Bu rəqəmlər də gerçəyi əks etdirmir. Bu rəqəmlər formal əmək bazarını əhatə edir. Odur ki, biz bu qədər optimal ola bilmərik”. /

Google+ WhatsApp ok.ru