Neft 40 dollardan aşağı düşsə...

Neft 40 dollardan aşağı düşsə...

“Yeni Müsavat” qəzetində "Bizim üçün qırmızı xətt neftin qiymətinin 40 dollardan aşağı düşməsi ola bilər” sərlövhəli məqalə oxumaq olar.
 
Yazıda son günlər neftin qiymətinin düşməsi ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramovun düşüncələrinə yer verilib.
 
İqtisadçı yazıb ki, Brent markalı neftin bir barelinin qiyməti 50 dollardan aşağı düşməsi ilə qlobal neft bazarı yenidən çalxalanıb. Son iki ayda dünya neft bazarındakı balans qiymətin yenidən düşəcəyinə işarə edirdi:
“Əvvəlla, hasilatın azaldılması barədə OPEC və eləcə də təşkilata üzv olmayan bir neçə dövlətin, xüsusən də Rusiyanın bazar payını azaltsa da, anlaşmaya qoşulmayan ölkələr hasilatı artırırlar, ABŞ qlobal neft hasilatında mövqeyini gücləndirir. İkincisi, şist neftin maya dəyəri aşağı düşdükcə OPEC-in bazara təsir imkanları azalır. Bir neçə il öncə hər barelin maya dəyəri 65 dollara başa gələn şist neftin xərci artıq, 35 dollara yaxınlaşır. Bu isə o deməkdir ki, şist neft bazarda “əsas rəqib” statusunu gücləndirməkdədir. Üçüncüsü, Səudiyyə Ərəbistanın bazarda kiçilən mövqeyini İran və İraq tutmaqdadır”.
 
İqtisadçı vurğulayır ki, Azərbaycan neft ölkəsidir. “Qara qızıl”ın dünya bazarında qiyməti Azərbaycandan ötrü son dərəcə vacibdir. İqtisadçı hesab edir ki, neftin bir barelinin 50 dollar olmasını Azərbaycandan ötrü uyğun saymaq olar:
“Amma ən vacibi təbii ki, qiymət sabitliyidir və burada qırmızı xəttin keçilməsi neftin qiymətinin 40 dollardan aşağı düşməsi ola bilər”.
 
İqtisadçı yazıb ki, hazırkı qiymətlərlə gündəlik neft ixracatından ölkəyə 29,0 milyon dollar daxil olur.
 
Müəllifə görə, neftin qiymətindəki hər 2 dollarlıq azalma Azərbaycanın gündə 1 milyon dollardan artıq, itirməsi anlamına gəlir. /

Google+ WhatsApp ok.ru