Gənclər şəhərciyinin su problemi

Gənclər şəhərciyinin su problemi

“Bizim Yol qəzeti” “Abşeron” Gənclər Şəhərciyinin su probleminə toxunur: “Gənclər şəhərciyinin bitməyən dərdləri – sakinlər yay günü susuz qalıb”.
 
Qəzet şəhərcik sakinlərinə istinadən yazır ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sakinlərə xəbərdarlıq etmədən şəhərçiyə su verilməsini dayandırıb və bu halsakinlərin ciddi narazılığına səbəb olub.
 
“Şəhərciyə gün ərzində üç saat gündüz və üç saat axşam olmaqla gün ərzində cəmi 6 saat su verilirlər. Biz də su gələn kimi çənlərimizi doldururuq və gün boyu ondan istifadə edirik. Amma yay mövsümü olduğu üçün çəndəki su da bəzən çatmır. İndi də xəbərdarlıq etmədən suyun verilməsini dayandırıblar. Camaat susuzluqdan “qırılır””, - sakinlər danışır.
 
“Axı körpə uşaq “su yoxdur” sözünü anlamır, dərk etmir. Biz indi hara gedək bilmirik, aidiyyatı şəxslərdən məsələyə müdaxilə edib, problemi həll etmələrini istəyirik”, - bunu da sakinlər söyləyir.
 
“Azərsu” ASC- nin şəhərcikdəki nümayəndəsi isə qəzetə deyib ki, bu kompleksdəki su hovuzlarının təmizlənməsi ilə bağlıdır. Hərçənd qəzet əməkdaşı müşahidələrinə əsasən şərəhcikdəki hovuzlarda hər hansı təmizləmə işi aparılmadığını yazır.
 
Sakinlər son çarəni Bakı-Sumqayıt yolunu bağlamaqda gördüklərini deyir. /

Google+ WhatsApp ok.ru