Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
 
Maide.İnfo xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,
 
Bakıda və Abşeron yarımadasında 
Hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 31-36 dərəcə isti, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunu. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55 % təşkil edəcək.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24 dərəcə,Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti təşkil edəcək.
 
Azərbaycan rayonlarında
Hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru