Gəncədə yol qəzasında ölən tələbələrin adları məlum olub

Gəncədə yol qəzasında ölən tələbələrin adları məlum olub

Gəncədə yol qəzasında ölən gənclərin adları məlum olub. 
 
Maide.Az bildirir ki, APA-nın yerli bürosunun məlumatına görə, onlar - 2000-ci il təvəllüdlü Bayramlı İkram Arif oğlu və onun yaşıdı Məmmədli Eldar Kərim oğludur.
 
Qeyd edək ki, qəzada ölənlərin hər ikisi Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələridir. 
 
Faktla bağlı araşdırma aparılır. 
 
Qeyd edək ki, ötən gecə hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobili ilə “Lada Priora” markalı minik maşını toqquşub. Zərbənin gücündən sonuncu avtomobil ağaca çırpılıb. 
 
Qəza nəticəsində “Lada Priora”da olan iki sərnişin ölüb, bir nəfər xəsarət alıb.
 

Google+ WhatsApp ok.ru