Güclü külək bir sıra fəsadlar törədib

Güclü külək bir sıra fəsadlar törədib

Güclü külək Quba rayonunda bir sıra fəsadlar törədib.
 
Gecə saat 02:50-dən başlayan külək rayonun bir sıra ərazilərində problemlər yaradıb.
 
Belə ki, küləyin sındıraraq aşırdığı çinar ağacları Quba-Xaçmaz yolunun bir çox hissələrində nəqliyyat vasitələrinin hərəkətinə maneçiliklər törədib. Nəticədə hərəkətdə
olan avtomobillər yolda qalmalı olub.
 
Bununla yanaşı, Quba rayonuna verilən elektrik enerjisinin də nəqli dayandırılıb. (report) /

Google+ WhatsApp ok.ru