Güclü leysan Tovuzda fəsadlar yaradıb 30 May 2018 01:00 Hadisə -- Leysan təxminən yarım saat davam edib Tovuz rayonuna yağan güclü leysan fəsadlara səbəb olub. Maide.Az "faktxeber"-ə istinadən xəbər verir ki, rayon mərkəzinə və kəndlərə düşən güclü yağış avtomobil yollarında və səkilərdə hərəkəti çətinləşdirib. Xüsusilə rayon mərkəzindəki küçələr daha keçilməz olub. Kanalizasiya boruları yağış suları ilə dolub, gediş-gəliş üçün nəzərdə tutulan yollar yağış sularının altında qalıb. Bölgənin digər rayonları-Qazax və Ağstafada da güclü yağış oxşar vəziyyət yaradıb. Leysan təxminən yarım saat davam edib. Teqlər : #Güclü leysan Tovuzda fəsadlar yaradıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xəzərdə içində meyitlər olan qayıq aşkarlandı Bakıda yaşayış binası yanıb, sakinlər təxliyə olunub