Güclü qar Lənkəranda bir neçə evi qəzalı vəziyyətə salıb

Güclü qar Lənkəranda bir neçə evi qəzalı vəziyyətə salıb

Lənkəranda qarın ağırlığına tab gətirməyən bir neçə ev qəzalı vəziyyətə düşüb.
 
Hadisə rayonun Balıqçılar qəsəbəsində qeydə alınıb. Kəndin icra nümayəndəsi Məlik Abışov bildirib ki, bir neçə evin dam örtüyünün bir hissəsi və divarı çöküb. Onun sözlərinə görə, məsələ ilə bağlı artıq aidiyyatı qurumlara məlumat verilib. (apa) /

Google+ WhatsApp ok.ru