Güclü qar səbəbindən Rusiyadan Lənkərana və Gəncəyə gələcək təyyarə reysi təxirə salınıb

Bu gün həyata keçirilməli olan Moskva-Lənkəran və Moskva-Gəncə aviareysi güclü qar yağması səbəbindən təxirə salınıb.
"Ural Airlines" aviaşirkəti tərəfindən "Domodedovo" hava limanından saat 09:20 uçmalı olan "Airbus A321" təyyarəsi 13:20-də Lənkəranda eniş etməli idi.
"Domodedovo" hava limanından həyata keçirilməli olan "U6 2411" saylı aviareys isə 11:10-da Moskvadan uçmalı olan təyyarə 14:45-də Gəncədə eniş etməli idi.
Martın 2-nə keçən gecə Moskva aeroportlarında ümumilikdə 80-dən çox təyyarə reysi ləğv edilib.
"Yandex" xidmətinin onlayn-tablosuna əsasən, "Şeremetyevoda 68 reys, "Domodedovo"da 16 reys təxirə salınıb. "Vnukovo"da reys ləğv olunmayıb.
Moskvada ötən gün axşamdan yağmağa başlayan güclü qar davam etməkdədir.

Google+ WhatsApp ok.ru