Gecə vaxtı Gədəbəydə sahibkarın obyektinə basqını oldu

Fevralın 18-dən 19-na keçən gecə Gəbədəydə sahibkar Fəxrəddin Bağırovun obyektinə basqın olub. Heydər Əliyev prospektindəki basqında qənimət şəklində ələ keçirilməsi nəzərdə tutulan əmlak üzərinə prezidentin sözləri yazılmış plakat olub. 
 
Basqın obyekt gözətçisinin sayıqlığı nəticəsində baş tutmayıb. 
 
Sahibkar “Yeni Müsavat” əməkdaşı ilə söhbətində deyib ki, basqınçılar planlı şəkildə hərəkət edib: “Gecə yarısı obyektin nəzarət kameralarından biri qəfildən xarab oldu. Gözətçi kameranı yoxlamaq üçün əraziyə gedəndə görüb ki, kameranın üzərinə çuval keçirilib. Diqqət edəndə bir şəxsin üzərinə prezidentin sözləri yazılan plakatı sökməyə çalışdığını görüb. Yaxınlaşanda məlum olub ki, basqınçılar bir neçə nəfərdir. Onlar gözətçini görəndə qaçıblar. Lakin gözətçi həmin şəxslərdən birini tanıyıb. Bu şəxs YAP-ın rayon təşkilatının gözətçisi Məmmədəli olub”.
 
F.Bağırov deyib məəslə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə gecə ilə məlumat verib: “Mənim obyektimin qapısını icra başçısı 4 il əvvəldən tikdirib və həmin plakatı da obyektimin qapısına vurdurub. Mən bununla bağlı bütün dövlət orqanlarına şikayət etmişəm. Bir neçə gün əvvəl mənə ismarış göndərmişdi ki, plakatı söküm. Mən razı olmadım. Dedim ki, sökə bilmərəm, istəyirlərsə gəlib özləri söksünlər. Görünür, plakatı gecə yarısı, basqına gəlmiş kimi gizlicə çıxarmaq istəyiblər ki, etdikləri hərəkətin qanunsuz olduğunu etiraf etmiş olmasınlar”.
 
F.Bağırov deyir ki, məsələ ilə bağlı Daxili işlər Nazirliyinin rəhbərliyinə də ayrıca müraciət yollayıb: “Ümid edirəm ki, məsələ aradırılacaq. YAP gözətçisi həmin əməli özbaşına etməyib. Ona bunu tapşıranlar var. Bizim bir sahibklar kimi fəaliyyətimizi iflic edənlər belə qanunsuz göstərişlər verməklə vəzifələrini aşırlar”.
 
Qeyd edək ki,bir neçə gün əvvəl Gədəbəydən bir qrup sahibkar Bakıya gələrək Prezident Adminstrasiyasının qarşısına getmişdilər. Məlum olmuşdu ki, icra başçısı F.Bağırov da daxil olmaqla 44 sahibkarın obyektini dağıdıb və ya işini iflic edib. 
 

Google+ WhatsApp ok.ru