General-mayor Esmaili: Amerika ilə heç bir saziş olmayacaq

İran İslam Respublikası Ordusunun Xatəmulənbiya HHM Qəragahının komandanı deyib ki, heç vaxt Amerika ilə saziş əldə olunmayacaq.
 
Maide.az-ın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran İslam Respublikası Ordusunun Xatəmulənbiya HHM Qəragahının komandanı general-mayor Esmaili bu gün Tehranda Ayətullah İrəvani Dini Elmlər Hövzəsinin ruhaniləri və dini tələbələri qarşısında İranın altılıq qrupu ilə nüvə müzakirələrinə toxunaraq bildirib ki, İranın bu müzakirələrdə iştirakı ölkənin haqlılığının aydınlaşması üçündür.
 
General-mayor Esmaili deyib ki, Xatəmulənbiya HHM Qəragahının əməliyyat nəzarəti altında olan Sepah və ordunun HHM sistemləri nüvə mərkəzlərini qoruyurlar. O, bildirib: "Bir zaman deyirdilər ki, İranın radardan yayınan B2, RQ və Hermes təyyarələrini aşkarlamaq qüdrəti yoxdur, amma İranda nəzarət radiusu 3 min kilometr olan radar sistemləri istehsal olunub."

Google+ WhatsApp ok.ru