Gilan əyalətinin başçısı: İran və Azərbaycanda iki sərhəd şəhəri olan Astaranın sakinlərininə sərhəd vizası ləğv olunur

Astara (Azərbaycan) və Astara (İran) şəhərlərinin sakinləri üçün viza ləğv olunacaq. 
 
Maide.Az İran televiziyasının  rəsmi xəbər saytına istinadən məlumat verir ki,  bunu İranın  Gilan əyalətinin başçısı  Məhəmmədəli Nəcəfi deyib. 
 
M.Nəcəfi deyib ki,  hər iki şəhərin sakinləri üçün 45 kilometrlik sərhəd vizasının ləğv olunması prosesindən faydalanması üzrə razılığa gəlinib. " Azərbaycan-İran dəmiryolu layihəsinin yekunlaşması ilə bu  razılığın icrasına başlanılacaq."
 
M.Nəcəfi deyib ki, Qəzvin-Rəşt dəmiryolu ilə əlaqədar layihə ciddi şəkildə həyata keçirilir və əldə olunan razılaşmaya əsasən cari ilin sonları və yaxud gələn ilin əvvəllərinə qədər bu layihə istifadəyə veriləcək.
 

 

Google+ WhatsApp ok.ru