Gömrük İttifaqında daha bir ölkə

Qırğızıstan Avrasiya Gömrük İttifaqına qoşulur. RF Xarici İşlər Nazirinin bildiridiyinə görə, bunun üçün hökümət tələb olunan sənədləri hazırlayıb. Lavrov Qırğızıstan xarici işlər naziri Erlan Abdıldayev ilə görüşündən sonra Qırğızıstanın Gömrük İttifaqına daxil olması üçün lazımlı hazırlıq prosesinin tamamladığını bildirib. 
 
Lavrov zəruri sənədlərin tamamlandığını və qəbul edildiyini bildirib: "Artıq bir neçə əməliyyat qalıb. İttifaq üzvü digər ölkələrin razılığını almaq və ölkələrimiz arasında razılaşma imzalamaq. Bundan sonra Qırğızıstan Gömrük İttifaqının tam üzvü olacaq". 
 
Qeyd edək ki, Qırğızıstan prezidenti Almazbek Atambayev daha əvvəl Qırğızıstanın Avrasiya Gömrük Birliyinə 1 Yanvar 2015-ci il tarixində tam üzv olmasını istədiklərini bildirmişdi. Buna cavab olaraq Moskva rəhbərliyi də inteqrasiyanı təmin etmək məqsədilə Bişkekə 1,2 milyard dollar verəcəyini öhdələsinə götürmüşdü. 

Google+ WhatsApp ok.ru