`Günəşli` yatağında baş vermiş qəzanın yeni görüntüləri yayınlanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəzanın video görüntüləri yayınlanıb.
Görüntülər SOCAR-da bu gün keçirilən mətbuat konfransında nümayiş etdirilib.
Qeyd edək ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində Xəzərdə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.
Hadisə ilə bağlı FHN-in xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsi ilə təxliyyə işləri həyata keçirilib. report  /
 

 

Google+ WhatsApp ok.ru