İtkin neftçilərin qohumları SOCAR-da qəbul edilib -YENILƏNİB

Virtualaz.org saytının müxbiri SOCAR-ın baş ofisinin qarşısından xəbər verir ki, itkin neftçilərin onlarla qohum və yaxınları şirkətin qarşısına toplaşıb.
 
Onlar SOCAR-ın rəhbər işçiləri tərəfindən qəbul olunub. Neftçilərin yaxınlarına axtarış-xilasetmə işləri barədə məlumat verilib, ən son informasiyalar çatdırılıb.
 
Daha sonra həmin şəxslərlə mütəmadi əlaqə saxlanacağı bildirilib. Bundan sonra onlar şirkətin baş ofisini tərk edib.
 
***
Öldü-qaldısından hələ də heç bir xəbər olmayan (hələ rəsmi informasiya yoxdur-red.) 30 neftçinin yaxınları bu dəqiqələrdə SOCAR-ın mərkəzi ofisinin qarşısına toplaşırlar.
 
Virtualaz.org saytının hazırda hadisə yerində olan müxbiri xəbər verir ki, neftçilərin yaxınları onların taleyindən dəqiq xəbər öyrənmək məqsilə baş ofisin qarşısına yığışır.
 
Səhiyyə Nazirliyi isə SOCAR-ın qarşısına həmin insanlara yardım üçün psixoloq briqadası göndərib.
 
Əlavə məlumat veriləcək./

Google+ WhatsApp ok.ru