Günəşli hava davam edəcək 22 Avqust 2016 01:00 Ölkə Avqustun 23-də Bakı və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturu yarımadada gecə 20-25, gündüz 33-38, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 55-65%, gündüz 25-35% təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti yağmursuz keçəcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir. Teqlər : #Günəşli hava davam edəcək , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 6 marşrutda nağdsız ödəniş sistemi tətbiq ediləcək Azərbaycanlı investorların İranda otel inşa etməsi üçün güzəştli proqram hazırlanır