Günün hədisi: Həqiqi mənada zahidlik

Günün hədisi: Həqiqi mənada zahidlik

Maide.Az günün hədisini təqdim edir:
 
İmam Əli (ə) buyurmuşdur:
 
الزَّاهِدُ فِي الدُّنْيَا مَنْ لَمْ يَغْلِبِ الْحَرَامُ صَبْرَهُ وَ لَمْ يَشْغَلِ الْحَلَالُ شُكْرَهُ 
 
“Dünyada həqiqi zahid o kəsdir ki, haram mal onun müqavimət və iradəsini qırmasın, halal mal isə onu (Allaha) şükür etməkdən yayındırmasın”.
 
(“Tuhəful-uqul”, səh.138).
 
Qısa izah 
 
Bəzi savadsız və məlumatsız insanlar “zahidlik” məfhumunu ilahi nemətlərdən uzaqlaşmaq və iqtisadi imkanlardan üz çevirərək yoxsul həyat tərzi kimi mənfi mənaya yozmuş və onun əsl mənasını təhrif etmişlər. Halbuki, məsələ heç də belə deyildir. İmam Əlidən (ə) nəql olunan bu hədisdə zahidliyin həqiqi və əsl mənası “halal mallar müqabilində öz vəzifə və məsuliyyətini unutmamaq” kimi təfsir edilir. 
Əgər zahidlik məfhumunu gerilik amili kimi deyil, tərbiyə xarakterli və quruculuq amili kimi təfsir edəriksə, bu zaman onun cəmiyyət üçün faydası daha çox olacaqdır.
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru