Günün hədisi: Ağıllı və nadan

Günün hədisi: Ağıllı və nadan

Maide.Az günün hədisini təqdim edir:
 

İmam Əli (ə):

أَلْعَاقِلُ يَعْتَمِدُ عَلَيٰ عَمَلِهِ وَ الْجَاهِلُ يَعْتَمِدُ عَلَيٰ أَمَلِهِ

Ağıllı insan öz təlaş və əməlinə, nadan insan isə öz arzularına arxalanır.”

(“Qurərul-hikəm”, c.1, səh.324, hədis 1240.)

Qısa izah

Ağıllı insanlar sözün əsl mənasında həqiqət axtarışında olan uzaqgörən insanlardır. Bu səbəbdən, onlar ali hədəfləri həmişə kənarda axtarır və ona çatmaq üçün hədsiz səy və təlaş edirlər. Onlar zəhmətsiz belə hədəflərə çatmağın qeyri-mümkünlüyünü yaxşı anlayırlar.

Amma nadan və cahillər arzu dəryasına qərq olaraq, əldə etmək istədiklərini xəyallar aləmində axtarırlar. Çünki xəyal qurmaq insandan o qədər də zəhmət və təlaş tələb etmir. Xoşagəlməz meyil və istəklərə sahib olmaq onların bütün hədəflərində özünü büruzə verir. Bu tip insanlar bir zaman öz xəyallarının reallığa çevriləcəyi ümidilə yaşayır və sonda arzu və xəyallardan başqa, bir şey əldə edə bilmir. O zaman ayılır ki, artıq iş-işdın keçib, qocalıq və xəstəlik girdabında çapalayır.

Maide.az – Maarif bölümü

 

Google+ WhatsApp ok.ru