Günün hədisi: Ən üstün nemət və ən xeyirli əməl

Günün hədisi: Ən üstün nemət və ən xeyirli əməl

 Maide.Az günün hədisini təqdim edir:
 
İmam Əli (ə):
 
أَجَلُّ النِّعَمِ الْعَافِيَةُ وَ خَيْرُ مَا دَامَ فِي الْقَلْبِ الْيَقِيْنُ
 
“Ən üstün nemət afiyət (sağlamlıq), insanın qəlbində yer tutmağa layiqli ən xeyirli əməl isə Allaha imandır.”
 
(“Biharul-ənvar”, c.75, səh.44, hədis 38.)
 
Qısa izah
Həqiqətdə, Əmirəlmöminin Əli (ə) bu hədisdə ən üstün maddi və mənəvi nemətə işarə etmişdir. Cismani sağlamlıq insana əta edilən ən böyük ilahi nemət olmaqla yanaşı, təlaş və fəaliyyətin, əldə edilən uğurların əsas mənşəyi sayılır. İman və yəqin nuru mənəvi nemətlər sırasında duran ən dəyərli nemətlərdən biridir. Qeyd edilən iki nemət insanın həyat yolunu işıqlandırmaq, cahillik, zillət və çirkin xüsusiyyətlər kimi xəstəliklərin müalicəsində əhəmiyyətli təsirə malikdir. Belə nemətlərdən faydalanan kəslərin nailiyyətləri heç də az deyil və bu, digər ilahi nemətlərə yetmək üçün vəsilədir.
 
Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru