Günün hədisi: Ən pis həyat tərzi

Günün hədisi: Ən pis həyat tərzi

Maide.Az günün hədisini təqdim edir:
 
İmam Rza (ə):
 
أَسْوَءُ النَّاسِ مَعَاشًا... مَنْ لَمْ يَعِشْ غَيْرَهُ فِي مَعَاشِهِ
 
“Məişət baxımından insanların ən pisi öz yaşayış vasitələrini digərləri ilə bölüşdürməyən və məişətində digərlərinə yardım etməyənlərdir.”
 
(“Tuhəful-uqul”, səh.334.)
 
Qısa izah
 
Sağlam iqtisadiyyat ictimai əlaqələri daha da möhkəmləndirən və cəmiyyətin bütün fərdlərini öz əhatəsinə alan iqtisadiyyatdır.
 
İqtisadiyyatın müxtəlif sahələri yalnız bir neçı fərdin mənfəətinə xidmət edərsə, onda, belə iqtisadiyyat sağlam iqtisadiyyat deyil, iqtisadi xərçəng kimi tanınır.
 
İmam Rzanın (ə) buyurşuna uyğun olaraq, belə həyat tərzi ən pis həyat tərzidir.
 
Bəyənilən və gözəl yaşayış odur ki, insanlar həmkarlıq sayəsində mənfəət və xeyir əldə edərək asayişdə həyat sürsün. İnsanlar təkcə özləri üçün deyil, digərləri çün də yaşamağı bacarmalıdır.
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru