Günün hədisi: Bir saat ədalətli olmağın dəyəri

Günün hədisi: Bir saat ədalətli olmağın dəyəri

Maide.Az günün hədisini təqdim edir:
 
Həzrət Peyğəmbər (s):
 
عَدْلُ سَاعَةٍ خَيْرٌ مِنْ عِبَادَةِ سَنَةٍ
“Bir saat ədalətli olmaq bir ilin ibadətindən üstündür.”
(“Nəhcül-fəsahə”, səh.410, hədis 1936.)
 
Qısa izah
 
İbadət məxluqla Xaliq arasındakı rabitə, eləcə də, həmin rabitə və ünsiyyətə diqqət etməkdən ibarətdir. İbadətlər insanın təfəkkür və ruhunun təkmilləşdirilməsində yardımçı və mühüm rola malik olan tərbiyəvi dərslərdir. Hədisdə bir saatlıq ədalətli olmağın bir
illik ibadətdən üstün olduğu qeyd edilmişdir. Bu isə ədalət və təfəkkür amillərinin həddən artıq əhəmiyyət daşıdığını açıqlayır. Nəzərdən qaçırılmamalıdır ki, ədalət olmayan yerdə təfəkkür və əql də mövcud olmayacaqdır. Amma əksinə, sağlam təfəkkür olan
yerdə ədalət də mövcuddur.
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru