Günün hədisi: Qiyamətdə əməl tərəzisini ağırlaşdıran zikr

Günün hədisi: Qiyamətdə əməl tərəzisini ağırlaşdıran zikr

Maide.Az günün hədisini təqdim edir: 

 
Peyğəmbəri-Əkrəm (s):
 
فَإِنَّ أُمَّتي يَأْتونَ يَوْمَ القِيامَةِ وَهُمْ يَقولون:  ِسْمِ الله الرَّحْمَنِ الرَّحِيمِ، فَتَثْقُلُ حَسَناتُهُمْ في الميزانِ، فَيَقولُ الأُمَمُ: ما أَرْجَحَ مَوازينَ أُمَّةِ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَآلِهِ! فَيَقولُ الأَنْبِياءُ عَلَيْهِمُ السَّلامُ: ابْتِداءُ كَلامِهِمْ ثَلاثَةُ أَسْماءٍ مِنْ أَسْماءِ اللهِ تَعالى، لَوْ وُضِعَتْ في كَفَّةِ ميزانٍ وَوُضِعَتْ سَيِّئاتُ الخَلْقِ في كَفَّةٍ أُخْرَى، لَرَجَحَتْ حَسَناتُهُمْ
 
“Həqiqətən, Qiyamət günü mənim ümmətimi “Bismilləhir-rəhmənir-rəhim” dediyi halda (hesab üçün) gətirərlər və onların yaxşı əməlləri (tərəziyə qoyulduqda) pis əməllərindən ağır gələr. (Digər) ümmətlər fəryad qopararlar ki, “nə üçün Muhəmməd (s) ümmətinin yaxşılıqları az olduğu halda (pisliklərindən) ağır gəldi?” Onların peyğəmbərləri cavab verərlər ki, bu ümmət sözə Allah-Taalanın üç adı ilə (“Allah”, “Rəhman”, “Rəhim”) başlayardı. Əgər həmin adları tərəzinin bir gözünə, insanların isə bütün pisliklərini tərəzinin digər gözünə qoysalar, (bu üç adın bərəkətindən) onların yaxşılıqları ağır gələr.”
 
“Tənbihul-xəvatir”, c.1, səh.32.
 

Google+ WhatsApp ok.ru