Günün hədisi: 3 dəstə ilə yoldaşlıq etmə!

Günün hədisi: 3 dəstə ilə yoldaşlıq etmə!

Maide.Az günün hədisini təqdim edir:

 
Süfyan Suridən belə nəql olunur:


دَخَلتُ عَلَى الصّادِقِ عليه السلام فَقُلتُ لَهُ : أوصِني...

İmam Sadiqin (ə) hüzuruna gedib dedim: “Mənə tövsiyə edin...”

 
Həzrət buyurdu:
 

يا سُفيانُ، أدَّبَني أبي عليه السلام بِثَلاثٍ، و نَهاني عَن ثَلاثٍ ؛ فَأمَّا اللَّواتي أدَّبَني بِهِنَّ فَإنَّهُ قالَ لي : يا بُنَيَ ، مَن يَصحَب صاحِبَ السَّوءِ لا يَسلَمُ، و مَن لا يُقيِّد ألفاظَهُ يَندَم، و مَن يَدخُل مَداخِلَ السّوءِ يُتَّهَم.

“Ey Süfyan, atam (ə) mənə üç şeyi ədəb sanıb, üç şeydən də çəkindirib. Amma mənə öyrətdiyi ədəblər: Atam mənə buyurdu: Oğlum, pis adamla yoldaşlıq edən şərəfini itirər, sözünü (dilini) saxlaya bilməyən peşman olar və pis yerə daxil olan ittiham olunar.”

 
Dedim:
 

يَابنَ بِنتِ رَسولِ اللّه ِ، فَمَا الثَّلاثُ اللَّواتِي نَهاكَ عَنهُنَّ؟

“Ey Peyğəmbərin qızının övladı, səni çəkindirdiyi üç şey hansıdır?”

 
Həzrət buyurdu:
 

نَهاني أن اُصاحِبَ حاسِدَ نِعمَةٍ، و شامِتا بِمُصيبَةٍ، أو حامِلَ نَميمَةٍ.

“Məni neməti əsirgəyən, müsibət zamanı şikayətlənən və sözgəzdirənlə yoldaşlıqdan çəkindirib!”

“Əl-xisal”, səh.169, hədis 222.

 

 
 

 

Google+ WhatsApp ok.ru