Goranboyda bir ailənin 3 üzvü qidadan zəhərlənib, bir nəfər ölüb 04 Fevral 2017 02:00 Hadisə Goranboyda qidadan zəhərlənmə olub. Rayonun Xınalı kənd sakini, 1976-cı il təvəllüdlü İsaq Hüseynov, həyat yoldaşı 1986-cı il təvəllüdlü Səlmi Hüseynova və 9 yaşlı qızı qida zəhərlənməsi əlamətləri ilə Gəncə şəhəri Abbas Səhhət adın 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səylərinə rəğmən, İ. Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. S. Hüseynova və azyaşlı qızının vəziyyətinin isə ağır olduğu bildirilir. Məlumata görə, Hüseynovlar ailəsinin evində dünən gecə alüminium qazanda mərci supu hazırlanıb. Bir gecə həmin qazanda saxlanılan yeməyi yeyən ailə üzvləri bu gün zəhərlənib. (apa) / Teqlər : #Goranboyda bir ailənin 3 üzvü qidadan zəhərlənib,#bir nəfər ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xırdalanda güclü yanğın: ölən var Dəm qazından 2 nəfər zəhərlənib