Goranboyda pambıq qəbulu məntəqəsində güclü yanğın baş verib - FOTO

Goranboyda pambıq qəbulu məntəqəsində güclü yanğın baş verib - FOTO

Hadisənin başvermə səbəbləri və dəyən ziyan araşdırılır
 
Goranboy rayonunda pambıq qəbulu məntəqəsində güclü yanğın baş verib. 
 
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə yerinə Goranboy və Naftalan şəhərlərindən 6 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. 
 
Nəticədə məntəqədə yığılan və hər biri təqribən 300 ton olan 4 pambıq tayası yanıb. Yanğınsöndürənlər alovun digər pambıq tayalarına keçməsinin qarşısını alıblar. 
 
Hadisənin başvermə səbəbləri və dəyən ziyan araşdırılır.  /
 
 
 
 
 

Google+ WhatsApp ok.ru