Gürcüstan Azərbaycandan yardım istədi

Gürcüstan xilasediciləri sel nəticəsində itkin düşən üç nəfərin Kür çayında axtarışlarına başlayıblar.
 
Bu barədə Report Gürcüstan KİV-inə istinadən xəbər verir.
 
Bildirilir ki, bu işlər bütün perimetr üzrə həyata keçiriləcək. Həmçinin, Gürcüstan tərəfi itkin düşmüş şəxslərin axtarışında Azərbaycandan yardım istəyib.
 
Xatırladaq ki, iyunun 14-nə keçən gecə Tbilisidə güclü daşqın baş verib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 19 nəfər həyatını itirib, 119 nəfəri uşaq olmaqla, ümumilikdə 457 nəfər evsiz qalıb, 3 nəfər isə hələ də itkin düşmüş hesab olunur.  /

Google+ WhatsApp ok.ru