`Gürcüstanda azan səsləndirilməsinə icazə verilmir` 15 İyun 2016 01:00 Dünya Gürcüstan paytaxtı Tiflisdəki Cümə məscidində Ramazan günlərində azan verilmir. Maide.Az bildirir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Hacı Ramin İgidov bildirib. R. İgidov bildirib ki, Gürcüstanda “Din haqqında” qanuna əsasən, yüksək səslə azan verilməməlidir: "Azan yalnız məscidin içində verilən bilər. Bildirirlər ki, azanın ucadan səslənməsi narahatlıq yaradır. Ancaq mən bu fikirlə razı deyiləm. Təklif edirəm ki, dövlətə, aidiyyəti təşkilatlara müraciət edək. Necə ki, xristianlar kilsədə yüksək səslə zəng çalır, biz də yüksək səslə azan verilməsini tələb edək. Bu məsələyə hamı, həmçinin ictimaiyyət dəstək verməlidir”. GMİ-nin rəhbəri Gürcüstanda vəhhabi-sələfi təhlükəsinin artdığını da diqqətə çatdırıb: "Bu gün İŞİD-ə qoşulanların əksəriyyəti onlardır. Biz icazə verməməliyik ki, sələfilər Gürcüstanda güclənsinlər". Teqlər : # `Gürcüstanda azan səsləndirilməsinə icazə verilmir`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Paris qarışdı, nələr oldu bir baxın - VİDEO “Avropa ordusu heç vaxt yaranmayacaq”
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO