Gürcüstanda hökumət əleyhinə aksiya

Gürcüstanda hökumət əleyhinə aksiya

Gürcüstan hökuməti ilə müxalif olan minlərlə nəfər Tiflisdə aksiya təşkil edərək, ölkənin iqtisadi durumuna etiraz ediblər.
 
APTN-in verdiyi məlumata görə, müxalifətdə olan Milli Birlik partiyasının tərəfdarlarından olan 25 000 nəfər paytaxt Tiflisdə etiraz aksiyasına qatılıb və bu ölkə hökumətinin iqtisadi siyasətlərinə etiraz edib. 
 
Sabiq prezident Mixail Saakaşvilinin rəhbərlik etdiyi Milli Birlik partiyası 2012-ci il Parlament seçkilərində məğlub olduqdan sonra, bu ölkənin ana müxalifətinə çevrilib. 
 
Hazırda Ukraynada, Odessa əyalətinin valisi olan Saakaşvili Tiflisdə etiraz aksiyası keçirən tərəfdarlarının önündə video-çıxış edib. 
 
Saakaşvili tərəfdarlarına növbəti seçkilərdə qələbə vəd edib və yeni hökumət quracağını bildirib. 
 
Gürcüstanda növbəti parlament seçkiləri 8 oktyabrda keçiriləcək. 
 

 

Google+ WhatsApp ok.ru